ABŞ və İran gələn həftə yeni danışıqlar raundu keçirə bilər - media
Hərbi əməliyyatların yenidən alovlanmasına baxmayaraq, İran və Birləşmiş Ştatlar gələn həftə danışıqların yeni raundunu keçirə bilərlər.
AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı özünün anonim mənbəsinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ və İran arasında növbəti görüşün gələn həftə baş tutacağı gözlənilir və görüş yeri kimi, böyük ehtimalla, yenə İsveçrə seçiləcək.
Məlumatda həmçinin qeyd olunur ki, Qətər nümayəndə heyəti cümə günü ABŞ ilə koordinasiyalı şəkildə mövcud gərginliyi azaltmaq və tərəfləri qorumaq məqsədilə İrana səfər edib. "Axios"a danışan və adı açıqlanmayan bir diplomat, həm Vaşinqtonun, həm də Tehranın yenidən Anlaşma Memorandumunun şərtlərinə qayıtmaq istədiyini vurğulayıb.
