Nevadadakı meşə yanğını 42 min nəfərin təxliyəsinə səbəb oldu



ABŞ-ın Nevada ştatında başlayan və güclü küləklərin təsiri ilə sürətlə yayılan meşə yanğını səbəbilə 42 min nəfər üçün təxliyə əmri verilib, Vaşo dairəsində fövqəladə vəziyyət elan olunub.

AFN.az xəbər verir ki, Reno şəhərinin şimal-qərbində avqustun 22-də başlayan yanğın güclənərək təxminən 60 kvadratkilometr əraziyə yayılıb.

Yanğın hələ nəzarət altına alınmayıb.

Hakimiyyət orqanları dəyişən külək istiqamətinin alovların yanğınsöndürən maşınların üzərindən keçərək sıçramasına səbəb olduğunu, bunun da ekipajların isti nöqtələrə çatmasını çətinləşdirdiyini bildirərək yanğının insan mənşəli olduğunu açıqlayıb.

Yanğın nəticəsində 3-ü ilk müdaxilə əməkdaşı olmaqla, 6 nəfər xəsarət alıb, çox sayda yaşayış evinə ziyan dəyib.

42 min nəfər üçün məcburi təxliyə əmri verilib. Təxminən 45 min insanın yaşadığı qonşu bölgələrdəki sakinlərə isə təxliyəyə hazır olmaları barədə xəbərdarlıq edilib.

Nevada qubernatoru Co Lombardo Vaşo dairəsində fövqəladə vəziyyət elan edib və ştatın Milli Qvardiyasını vəzifəyə cəlb edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu