Macarıstanda Szolnok yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb



Macarıstan ordusuna məxsus Gripen tipli döyüş təyyarəsi ölkənin mərkəzi hissəsində yerləşən Szolnok şəhəri yaxınlığında qəzaya uğrayıb, hadisə nəticəsində xəsarət alan olmayıb.

AFN.az xəbər verir ki, Macarıstanın baş naziri Peter Magyar X platformasındakı hesabında Szolnok şəhəri yaxınlığında Macarıstan Müdafiə Qüvvələrinə məxsus Gripen tipli döyüş təyyarəsinin qəzaya uğradığını açıqlayıb.

Magyar təyyarənin qəzaya uğrama səbəbinin hələ məlum olmadığını, pilotun isə katapult oturacağından istifadə edərək xilas olduğunu bildirib.

Qəzanın səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanıldığını bildirən Magyar müdafiə naziri Romulus Ruszin-Szendinin hadisə yerinə yollandığını qeyd edib.

Peter Magyar ilkin məlumatlara görə hadisə nəticəsində xəsarət alan olmadığını və mülki infrastruktura ziyan dəymədiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu