Zelenski: ABŞ yaxın günlərdə Ukraynaya yeni "Patriot" raketləri paketi təhvil verəcək
Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün yeni antiballistik raket paketi alacaq.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Ankara sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Zelenskinin sözlərinə görə, müvafiq razılaşmalar sammit zamanı əldə olunub və ABŞ-ın yardım paketinin yaxın günlərdə çatdırılacağı gözlənilir. Ukrayna lideri, həmçinin bir sıra Avropa ölkələri ilə də analoji razılıqların əldə olunduğunu bildirib. Çatdırılma tarixləri hələ dəqiq məlum olmasa da, Avropadan əlavə PAC-3 raketlərinin gətirilməsi nəzərdə tutulur.
ABŞ Prezidenti Donald Tramp iyulun 8-də bəyan edib ki, Vaşinqton Ukraynaya "Patriot" sistemləri üçün raketlərin yerli istehsalına dair lisenziya verəcək.
