ABŞ Ukraynaya 400 milyon dollarlıq silah yardımı edəcək


ABŞ Dövlət Departamenti dünən Ukraynaya 400 milyon dollar dəyərində yeni silah və avadanlıq yardım paketi elan edib.



Açıqlamada bildirilib ki, yeni paketə “Patriot” hava hücumundan müdafiə sistemləri, yer-hava raket sistemləri, “Stinger” zenit sistemləri, yüksək hərəkət qabiliyyətinə malik artilleriya raket sistemləri, zirehli texnika, tank və silah sursatları və çoxlu sayda hərbi texnika daxildir.

Ukrayna prezidenti Volodimir Zelenski yeni elan edilən paketə görə minnətdarlığını bildirib və ABŞ-ın bu vaxtında və mühüm yardımı mülki insanların həyatını xilas etməyə və cəbhə xəttində ukraynalı döyüşçüləri gücləndirməyə kömək edəcəyini vurğulayıb.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu