Rəisinin cənazəsi Tehrana gətirilib


İranın helikopter qəzasında həyatını itirən prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Əbullahiyan və digər rəsmilərin cənazələri Təbriz şəhərindən paytaxt Tehrana gətirilib.


Paytaxtın Mehrabad hava limanına gətirilən cənazələrin qarşılanma mərasimi olub.

Dəfn mərasiminin təşkilat komitəsindən verilən açıqlamaya görə, Rəisi və onu müşayiət edənlər üçün cənazə namazı çərşənbə günü Tehranda qılınacaq.

Cənazə mərasiminin İnqilab Meydanından Azadi Meydanına qədər davam edəcəyi paylaşılan açıqlamada namazdan sonra vətəndaşlardan ictimai nəqliyyatla əraziyə gəlmələri istənilib.

Tehranda keçiriləcək mərasimdə İran lideri Əli Xamneyinin cənazə namazı qılması gözlənilir.

Bundan əvvəl cəsədlərin Tehrandakı mərasimdən sonra cümə axşamı Məşhəd şəhərində dəfn ediləcəyi açıqlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu