Rəisinin dəfn tarixi və yeri açıqlandı
Dünən helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə vəfat edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək.
Bununla bağlı məlumatı “Mehr” agentliyi yayıb.
Xatırladaq ki, qəza zamanı İbrahim Rəisi ilə yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti və Təbrizin imamı Məhəmməd Əli Haşemi də həlak olub.