Peskov: Türkiyə ilə S-400-ün satışını müzakirə edirik



Kremlin sözçüsü Dmitri Peskov verdiyi açıqlamada "Türkiyə ilə S-400-ün satışını müzakirə edirik" ifadəsini işlədib.

AFN.az xəbər verir ki, Türkiyənin Rusiyadan satın aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin gələcəyinə dair iddialar gündəmdəki yerini qoruyarkən, Kremldən diqqətçəkən bir bəyanat gəlib.

Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin S-400 sistemlərini adı açıqlanmayan bir Körfəz ölkəsinə təhvil verməyə hazırlaşdığı barədə yayılan xəbərlərdən sonra etdiyi dəyərləndirmədə bu mövzunun son dərəcə həssas olduğunu ifadə edib.

Peskov Türkiyənin sözügedən sistemlərin ötürülməsi üçün Rusiyanın razılığını istəyib-istəmədiyinə dair suala "Burada yalnız bunu deyə bilərəm ki, bu, son dərəcə həssas bir mövzudur. Lakin bu məsələ barəsində türk tərəfi ilə təmasdayıq və təmaslarımızı davam etdirəcəyik" cavabını verib.

Bu açıqlama Türkiyə mətbuatında yer alan və Türkiyənin ABŞ ilə müdafiə sahəsindəki münasibətlərində yeni bir səhifə aça bilmək məqsədilə S-400 sistemlərini bir Körfəz ölkəsinə təhvil verə biləcəyi yönündəki iddialardan sonra gəlib.

Sözügedən iddialarda satışın Birləşmiş Ərəb Əmirliklərinə və ya Qətərə edilə biləcəyi irəli sürülmüşdü.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu