Mövlud Çavuşoğlu: ABŞ S-400-ləri Ukraynaya təhvil verməyi təklif edib


"ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya təhvil verməyi təklif etdi. Biz bu təklifdən imtina etdik".

AFN.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“ABŞ-dan S-400 ilə bağlı bir neçə təklif var idi. Bizə dedilər ki, nəzarəti bizə verin. Bu, müstəqilliyimizə təsir edən bir təklifdir. Bəs onda bizim müstəqilliyimiz haradadır? Bunu “Habertürk” telekanalına açıqlamasında Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, əgər Türkiyə “məsləhətçi olsaydı” Vaşinqtonla problem yaşanmazdı. “Hətta bizə onları Ukraynaya göndərməyi təklif etdilər, bunun mümkün olmadığını dedik. Belə təkliflər olub”, - deyə o bildirib.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə 2,5 milyard dollar dəyərində S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü haqqında müqavilə imzalayıblar. 2019-cu ildə ilk S-400 alayı Türkiyəyə təhvil verilib. Silahların alınmasına cavab olaraq ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Ölkə F-35 qırıcılarının istehsalı proqramından çıxarılıb.

Media 2022-ci ilin yazında yazmışdı ki, ABŞ sanksiyaları götürməsi və Türkiyəni yenidən F-35 istehsalı proqramına qaytarması müqabilində hakimiyyətindən S-400-ləri Kiyevə təhvil verməsini istəyib. Ankara ABŞ-ın təzyiqi altında Rusiyanın istehsal etdiyi hava hücumundan müdafiə sistemlərindən imtina etməyəcəklərini bəyan edib.

Türkiyənin Aselsan müdafiə şirkətinin rəhbəri Haluk Görgün də Türkiyənin özünün hava hücumundan müdafiə sistemi üzərində işlədiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu