İran Ordu Komandanı Hatəmi: Xameneinin intiqamını alacağıq



İran Ordu Komandanı general-mayor Əmir Hatəmi ölkənin keçmiş lideri Əli Xameneinin intiqamını alacaqlarını bildirib.

AFN.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Hatəmi Xamenei üçün təşkil edilən dəfn mərasimi münasibətilə açıqlamalar verib.

Hatəmi bu şəhadətin şübhəsiz ki, onların iradəsini daha da gücləndirdiyini qeyd edərək, İran xalqının düşmənləri olan ABŞ və İsrailin şəhid imamları Xameneinin və bütün şəhidlərin intiqamının alınacağını bilməli olduqlarını vurğulayıb.

İranın keçmiş lideri Xamenei ABŞ və İsrailin 28 fevralda başlatdığı hücumda həyatını itirmişdi.

Hazırda Xamenei üçün Tehranda dövlət mərasimi keçirilir və təxminən bir həftə davam edəcək mərasimlərdən sonra o, 9 iyulda Məşhəddə dəfn olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu