Azərbaycanın UEFA reytinqində əmsalı artıb
"Qarabağ" Azərbaycanın UEFA ölkə reytinqində xal hesabını artırıb.
Təmsilçimiz bunu ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Vestri"yə qalib gəlməklə bacarıb. Komanda ölkə aktivinə 0.250 əmsal qatıb.
Hazırda Azərbaycan 19,312 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşır. 25-ci sırada yer alan İsrailin 20,750 əmsalı var. Sıralamaya İngiltərə (101,852) liderlik edir.
AFN.az-ın məlumatına görə, ümumilikdə Azərbaycan klubları bu həftə 0.750 əmsal qazanıblar. Daha əvvəl Çempionlar Liqasında "Sabah" TNS-ə, Konfrans Liqasında isə "Zirə" "Torpedo"ya qalib gəlib.


