Hakan Fidan: ABŞ və İran həftənin sonunadək Hörmüz boğazı məsələsini həll edə bilər


Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftənin sonuna qədər İran və ABŞ-ın Hörmüz boğazı ətrafındakı fikir ayrılıqlarını aradan qaldıra biləcəkləri ehtimalını səsləndirib.

AFN.az xəbər verir ki, bu barədə TRT telekanalının efirində danışan nazir diplomatik səylərin davam etdiyini bildirib:

"Hörmüz boğazının açılması ən mühüm şərtlərdən biri idi və tərəflər buna uyğun hərəkət edirdilər, lakin təcrübədə bu prosesi fərqli başa düşürdülər. Tərəflərdən biri onun xəbəri olmadan nələrinsə baş verdiyini gördü, gəmilərə hücumlar oldu, eskalasiya başladı və boğaz bloklandı. Boğazdan keçidin tənzimlənməsi ortaq anlayışa əsaslanmalıdır. Dünəndən bəri aparılan diplomatik səylərdən sonra tərəflər arasında bir sükut dövrü başlayıb. İndi isə qarşılıqlı anlaşmanı yenidən təmin edərək problemi həll etmək lazımdır. Hesab edirəm ki, boğazdan keçidlə bağlı ixtilafların həlli həftəsonuna qədər tapıla bilər".

Hakan Fidan boğazdan keçid probleminin bir neçə tərəfin maraqlarına toxunduğunu da vurğulayıb: "Bir tərəfdə İran, digər tərəfdə isə Oman dayanır. İranın beynəlxalq sularda, 12 millik zonada öz hüquqları var. Omanda da vəziyyət eynidir. Onların arasında isə təxminən 20 millik daha bir sahə mövcuddur. Bu zonaların istifadəsi məsələsini həll etmək lazımdır".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu