Hakan Fidan ABŞ dövlət katibi Blinkenlə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Türkiyə XİN-in məlumatında bildirilir ki, ikili Qəzzada son vəziyyət, atəşkəs danışıqları və iki dövlətli həll prosesi ilə bağlı məlumat mübadiləsi aparıblar.
Nazirlər Suriyadakı son vəziyyəti, eləcə də Ukraynadakı hadisələri dəyərləndiriblər.
NATO Zirvə Toplantısından əvvəl alyansa aid məsələlər, eləcə də ikitərəfli münasibətlər müzakirə edilib.
Tərəflər münaqişələrin həlli, eləcə də bəzi Afrika ölkələrindəki gərginliklə bağlı fikir mübadiləsi aparıblar.