DÇ 2026: Argentina İsveçrəyə, Norveç İngiltərəyə qarşı
Bu gecə DÇ-2026-da 1/4 final mərhələsinə yekun vurulacaq.
AFN.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə Norveç İngiltərə ilə üz-üzə gələcək. İkinci qarşılaşmada isə son dünya çempionu Argentina İsveçrəni sınağa çəkəcək.
Bu qarşılaşmalarda qalib gələn tərəflər iyulun 15-də yarımfinal mərhələsində qarşılaşacaqlar.
DÇ-2026, 1/4 final mərhələsi
12 iyul
01:00. Norveç - İngiltərə
05:00. Argentina - İsveçrə
