ÜST Ebola epidemiyası ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan etdi
Demokratik Konqo Respublikasında azı 80 nəfərin həyatına son qoyan və Uqandaya da keçən Ebola virusu dünyanı həyəcana keçirib.
AFN.az xəbər verir ki, hər iki ölkədə aktiv sosial yoluxma xəbərdarlığı edilərkən, Ümumdünya Səhiyyə Təşkilatı qlobal fövqəladə vəziyyət elan edib.
Demokratik Konqo Respublikasının İturi əyalətində Ebola səbəbindən ən azı 80 nəfər dünyasını dəyişib. Virusun qonşu ölkə Uqandaya da səyahət edən sərnişinlər vasitəsilə keçdiyi bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Ebola epidemiyası ilə əlaqədar beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
ÜST "Bundibugyo" virusunun yol açdığı bu epidemiyanın hazırkı mərhələdə pandemiya kriteriyalarına cavab vermədiyini vurğulayıb.
Demokratik Konqo Respublikasının İturi əyalətindəki Bunia, Rvampara və Monqbvalu da daxil olmaqla ən azı üç səhiyyə bölgəsində ölüm halları artmaqdadır.
Yoluxma hallarının sürətlə yayılmasından sonra Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) bölgədə aktiv sosial yoluxma xəbərdarlığı edib.
Səhiyyə briqadaları xəstəliyi nəzarət altına almaq məqsədilə sərhəd-keçid məntəqələrində yoxlamaları və təmasda olan şəxslərin təqibini gücləndirmək üçün zamanla yarışır.


