İki Nyu-York sakini ebolaya yoluxmaqda şübhəli bilinir

Həkimlər iki Nyu-York sakininin ebolaya yoluxmasından şübhələnirlər.
AFN.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilir ki, xəstələr Uqandadan ABŞ-a qayıdan vətəndaşlardır. Onların nümayiş etdirdikləri simptomlar ebola qızdırması ilə müşahidə olunanlarla uyğundur. Həkimlər bu virusa yoluxma ilə bağlı test nəticələrini hələ almayıb, lakin xəstələr artıq həkimlərin nəzarəti altında təcili yardım şöbəsindən xəstəxanaya köçürülüb.
Uqandanın Səhiyyə Nazirliyi yanvarın 30-da Kampaladan olan 32 yaşlı tibb bacısının xəstəlikdən ölməsindən sonra Sudanda ebola ştammının yayıldığını elan edib. Bu, Uqandada bu qızdırmanın yeddinci epidemiyasıdır. Əvvəlki hadisə 2022-ci ilin sonunda, 55 nəfərin öldüyü vaxt baş vermişdi.