"SpaceX" "Polaris Dawn" missiyasına hazırlaşır
"SpaceX" "Polaris Dawn" missiyasının bir hissəsi olaraq bəşər tarixində ilk şəxsi kosmos səyahətini həyata keçirməyi hədəfləyir.
“Tesla”, “Neuralink”, “xAI” və “X” kimi texnologiya şirkətlərinin sahibi İlon Mask tərəfindən 2002-ci ildə qurulan “SpaceX” ABŞ-lı milyarder iş adamı Jared Isaakmanın rəhbərliyi altında və “SpaceX” mühəndisləri Sarah Gillis, Anna Mennon və pilot Skot Potitin kosmos səyahəti haqqında təfərrüatları paylaşıb.
"SpaceX" verdiyi açıqlamada Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən 27 avqustda buraxılması planlaşdırılan "Falcon 9" raketində helium sızması aşkar edildiyi üçün buraxılış tarixinin ən az 24 saat təxirə salındığını qeyd edib.
Açıqlamada insanlı kosmosa uçuşun avqustun 28-də həyata keçirilməsinin planlaşdırıldığı ifadə edilərək, "Qruplar aşkar edilən helium sızıntısını yaxından araşdırır. Raket və kapsul yaxşı vəziyyətdədir. Komanda bir neçə gün davam edəcək missiyaya hazırdır" bildirilib.
"Polaris Dawn" missiyası çərçivəsində komanda 5 günlük missiyasının 3-cü günündə bəşər tarixində ilk kosmos səyahətini həyata keçirməyi hədəfləyir.
Ekipajın radiasiya kəməri vasitəsilə orbitə girərək ən yüksək Yer orbitinə "Crew Dragon" adlı kapsulda çatması gözlənilir.
Əsas diqqətin kosmosda gəzintiyə verildiyi missiya çərçivəsində komanda elmi təcrübələr də aparacaq.
Missiyanın Maska məxsus “Starlink” peyk internet sisteminin lazer əsaslı rabitəsinin sınaqdan keçirildiyi ilk yer olacağı gözlənilir.
"Polaris" proqramı çərçivəsində "SpaceX"in ilk missiyası olan "Polaris Dawn" ilə yanaşı, qarşıdakı dövrdə daha 2 missiyanın həyata keçirilməsi planlaşdırılır.
Mənbə: AA