"SpaceX" kosmosa 22 "Starlink" peyki göndərdi
ABŞ-ın kosmik gəmi və raket istehsalçısı "SpaceX" "Starlink" internet şəbəkəsi layihəsi çərçivəsində kosmosa 22 peyk göndərdi.
“Space.com” internet saytının xəbərinə görə, "SpaceX" ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından "Starlink" peyklərini daşıyan "Falcon 9" raketini orbitə çıxarıb.
"Falcon 9" raketinin birinci mərhələsi buraxıldıqdan sonra Sakit Okeanda "Of Course I Still Love You" platformasına enib.
"SpaceX"in sosial media platforması X hesabındakı paylaşımına görə, "Starlink" layihəsi çərçivəsində "Falcon 9"un daşıdığı 22 peyk orbitə çıxarılıb.
Buraxılış "SpaceX"in 2024-cü ildə 26-cı missiyası olub.
Qeyd edək ki, "SpaceX" "Starlink" layihəsi çərçivəsində dünya miqyasında internetə çıxış təmin etməyi hədəfləyir.