Soyuz MS-24 ilə iki rus və bir amerikalı kosmosa göndərilib


Rusiya kosmonavtları Oleq Kononenko və Nikolay Çub və amerikalı astronavt Loral O'Haranın olduğu Rusiyanın "Soyuz MS-24" kosmik gəmisi Qazaxıstanın Baykonur kosmodromundan kosmosa buraxılıb.


Kosmik gəminin orbitə buraxılması anı Rusiya Federal Kosmik Agentliyinin Roskosmos saytında canlı yayımlanıb.

Roskosmos kosmonavtları Oleq Kononenko və Nikolay Çub və ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) astronavtı Loral O'Haranın olduğu Rusiyanın "Soyuz MS-24" kosmik gəmisi Qazaxıstanın cənubundakı Baykonur kosmodromundan uğurla kosmosa buraxılıb.

Təxminən 3 saat davam edəcək kosmos səyahətindən sonra komandanın saat 21.44-də Rusiyanın Beynəlxalq Kosmik Stansiyasına (UUI) Rassvet tədqiqat modulu ilə yanaşması gözlənilir.

Komandadakı Nikolay Çub və Loral O'Hara ilk kosmosa uçuşunu edərkən, digər rus kosmonavt Oleq Kononenkonun min gündən çox kosmosda qalan dünyada ilk insan olaraq qeyd olunması gözlənilir.

Kosmik komanda təxminən bir il UUI-də qalacaq və bu müddət ərzində 4 dəfə kosmosa çıxacaq. Amerikalı astronavt O'Hara 2024-cü ilin martında Yerə qayıdacaq.

“Soyuz MS-24” kosmik gəmisi foto və video avadanlığı, sənədlər, ərzaq məhsulları, təzə qidalar, komandanın şəxsi əşyaları, elmi təcrübələr üçün zəruri olan avadanlıqlar, eləcə də komanda daxil olmaqla ümumilikdə 120 kiloqram faydalı yük daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu