Rusiyanın "Luna-25" kosmik gəmisi Ayın orbitinə çıxıb


Rusiya Federal Kosmik Agentliyi (Roskosmos)ölkənin 1976-cı ildən ötən müddət ərzində Aya göndərdiyi ilk kosmik gəmi olan "Luna-25"-in fəaliyyətləri ilə bağlı məlumat açıqlayıb.


"Luna-25"-in Yerin təbii peyki Ayın orbitinə girdiyinə diqqət çəkən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

"Luna-25" avqustun 11-də "Vostoçnıy" kosmodromundan "Soyuz 2.1b" raketi ilə buraxılıb.

Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq "Luna-25" kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu