Rusiyanın MS-25 kosmik gəmisi Baykonur kosmodromundan kosmosa buraxılıb


İçərisində iki rus, 1belarus və bir amerikalı astronavt olan Rusiyanın "Soyuz MS-25" kosmik gəmisi ikinci cəhddə Qazaxıstanın Baykonur kosmodromundan kosmosa göndərilib.



“Soyuz MS-25”in Baykonur kosmodromunda kosmosa buraxılması anı Rusiya Federal Kosmos Agentliyinin “Roskosmos”un rəsmi saytlarında canlı yayımlanıb.

Komandanı daşıyan "Soyuz MS-25" kosmik gəmisinin 50 saat 34 dəqiqə davam edən kosmos səyahətindən sonra martın 25-i Rusiyanın Priçal tədqiqat modulu ilə BKS-də birləşməsi gözlənilir.

Komandadakı Noviskiy və Vasilevskayanın Yerə 12 gün sonra aprelin 2-də, amerikalı astronavt Daysonun isə sentyabrın 23-də Yerə qayıtması planlaşdırılır.

Qeyd edək ki, martın 21-də kosmosa göndərilməsi planlaşdırılan “Soyuz MS-25” kosmik gəmisinin buraxılışı 20 saniyə əvvəl avtomatik olaraq ləğv edilib və “Roskosmos”un baş direktoru Yuri Borisov kimyəvi cərəyanda gərginliyin azalması səbəbindən uçuşun ləğv edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu