NASA-nın "Crew-8" missiyası yerə qayıtdı


ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) "Crew-8" missiyası çərçivəsində kosmosa göndərilən 3 astronavt və 1 kosmonavt kosmos stansiyasında təxminən 8 ay qaldıqdan sonra yerə qayıdıb.



Bu barədə NASA-nın saytında məlumat verilib.

6 aylığına göndərilən rus kosmonavt Alexander Qrebenkin və NASA astronavtları Maykl Barrat, Metyu Dominik və Cenet Epps təxminən 2 aylıq gecikmədən sonra dünyaya geri qayıdıblar.

Uzunmüddətli kosmos uçuşları zamanı astronavtın sağlamlığının yaxşılaşdırılması üçün çalışan ekipajın missiyasını uğurla başa vurduğu açıqlanıb.

Qeyd edək ki, "Space X" "Crew-8" missiyasının bir hissəsi olan "Falcon 9" raketini martın 3-də ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən kosmosa buraxıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu