Kosmosda qapalı qalan astronavtları gətirəcək "Crew-9" stansiyaya yanaşıb


Kosmosda qapalı qalan iki astronavtı yerə gətirməsi gözlənilən "SpaceX"in "Crew-9" missiya komandası Beynəlxalq Kosmik Stansiyaya (BKS) yanaşıb.


"BBC"nin məlumatına görə, dünən astronavtlar Buç Vilmor və Suni Vilyams üçün iki boş oturacağı olan "Dragon" kapsulu stansiyaya yaxınlaşıb.

"Dragon" kapsulu Floridadakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından "SpaceX"in "Crew-9" missiyasının bir hissəsi olaraq "Falcon 9" raketi ilə buraxılıb.

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən dünən verilən açıqlamada, NASA astronavtları Nik Heyq və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) kosmonavt Aleksandr Qorbunovun ISS-də 5 aylıq missiyaları çərçivəsində qanın laxtalanması, kosmosda yetişdirilən bitkilərdə rütubət və astronavtların kosmosda görmələrində dəyişikliklər kimi mövzularda 200-dən çox elmi araşdırma aparacaqları qeyd edilib.

"Crew-9" missiyası tamamlandıqdan sonra qısa müddətə kosmos stansiyasına göndərilən, lakin "Boeing"in "Starliner" şatlının nasazlığı nəticəsində ISS-də qapalı qalan iki astronavtın Heyq və Qorbunovla birlikdə 2025-ci ilin fevralında yerə gətirilməsi hədəflənir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu