Kosmosda qapalı qalan 2 astronavt fevral ayına qədər gözləyəcək


Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Boeing" şatlının nasazlığı səbəbindən təxminən 2 aydır kosmos stansiyasında qapalı qalan 2 astronavtı 2025-ci ilin fevral ayına qədər kosmosda saxlamağa məcbur olub.


Təşkilat "Boeing"in nasaz kapsulu ilə 2 astronavtı Yerə qaytarmağın çox riskli olduğuna qərar verib. Bu kontekstdə astronavtlar "SpaceX" kapsulu ilə kosmosdan qayıtmaq üçün gələn ilə qədər gözləməli olacaqlar.

Beləliklə, 2 astronavt üçün 1 həftə davam etməli olan sınaq uçuşu 8 aydan çox davam etmiş olacaq.

Təcrübəli pilotlar Butch Uilmore və Suni Uilliams iyun ayından Beynəlxalq Kosmik Stansiyada qapalı qalıblar.

"Təbiətinə görə sınaq uçuşu nə təhlükəsiz, nə də rutindir. Ona görə də bu qərar təhlükəsizliyə dair öhdəlikdir", - NASA Administratoru Bill Nelson açıqlamasında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu