İspaniya Ukraynaya 55 milyon avro ayıracaq


Bu gün Kiyevə səfər edən İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya 55 milyon avroluq yardım paketi ayrıldığını açıqlayıb.


"El Mundo"ya istinadən xəbər verir ki, o, Ukrayna parlamentində çıxışı zamanı yeni paketi açıqlayıb. Pedro Sançes qeyd edib ki, Ukrayna Dünya Bankı vasitəsilə 51 milyon avro alacaq. Bu vəsaitlər Ukrayna şirkətlərinə, kiçik və orta biznesə dəstək məqsədi daşıyır. Daha 4 milyon avro isə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı vasitəsilə ölkə məktəblərinin ekoloji cəhətdən təmiz enerji sistemi ilə təchiz edilməsi üçün Kiyevə göndəriləcək.

Bundan əlavə, Pedro Sançes hərbi yardım göndərildiyini açıqlayıb. Belə ki, İspaniya dörd "Leapard" tankı, zirehli personal daşıyıcısı, cərrahi avadanlıqlarla təchiz olunmuş portativ səhra xəstəxanası göndərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu