İspaniya fələstinlilərə 20 milyon avro maliyyə dəstəyi verəcəyini açıqladı


İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 20 milyon avro maliyyə dəstəyi verəcəyini açıqlayıb.



İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İspaniyanın paytaxtı Madriddə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə görüşüb.

Görüşdən sonra açıqlama verən Albares, ölkəsinin UNRWA-ya 20 milyon avro maliyyə dəstəyi verəcəyini açıqlayıb və bildirib ki, yeni yardım UNRWA-nın Qəzzaya humanitar yardım işlərinə dəstək olmaq və onların qida, təhsil və sağlamlıq ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrin ianələri hesabına maliyyələşən UNRWA 1960-cı ildən bəri fələstinli qaçqınlara səhiyyə, təhsil və müxtəlif sahələrdə xidmətlər göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu