Sloveniyadan UNRWA-ya 500 min avro dəstək
Sloveniya hökuməti Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə 500 min avro yardım etmək qərarına gəlib.
Sloveniya hökumətindən verilən açıqlamada, hökumətin sessiyada Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatına (UNRWA) 500 min avro maliyyə dəstəyi vermə qərarını qəbul etdiyi bildirilib.
Açıqlamada hökumətin UNRWA-ya dəstək qərarının BMT-nin baş katibi Antonio Quterreşin Qəzzada mühüm humanitar təşkilatların fəaliyyətlərinin davam etdirilməsini təmin etmək çağırışına cavab verdiyi qeyd edilib.
Hökumətin bəyanatında həmçinin deyilir: "Sloveniya Qəzza və Yaxın Şərqdə əsas insan ləyaqətini təmin etmək üçün bütün tərəfdaşlarını dəstəkləmək üçün əlindən gələni etməyə davam edəcək".