Belçikalı nazir ölkələri UNRWA-ya dəstəyi davam etdirməyə çağırıb
Belçikanın inkişaf əməkdaşlığı naziri Caroline Gennez ölkələri Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirməsini davam etdirməyə çağırıb.
Gennez X sosial media hesabında İsrailin UNRWA-ya qarşı iddialarını paylaşıb.
Sözügedən iddiaların “dəlilsiz ciddi ittihamlar” olduğunu vurğulayan Gennez, ölkəsinin UNRWA-ya hər zaman vəsait ayırmağa davam etdiyinə diqqət çəkib.
Agentliyin Qəzzada yüz minlərlə mülki şəxsə həyati dəstək verdiyini ifadə edən Gennez, "UNRWA humanitar yardımın əsasını təşkil edir" - deyə qeyd edib.
Belçika keçən həftə UNRWA-ya çoxillik maliyyə dəstəyi paketini qəbul edib və 2024, 2025 və 2026-cı illər üçün 27,5 milyon avro yardım edəcəyini açıqlayıb. Bildirilib ki, 2024-cü il üçün ayrılan maliyyələşdirmənin 13,5 milyon avrosu artıq ödənilib.