İran ordusu: Hörmüz boğazında təhlükəsiz keçid üçün tək marşrut İranın müəyyənləşdirdiyi marşrutdur



İran Silahlı Qüvvələrinin müharibəni idarə edən qolu olan Xatəmül Ənbiya Mərkəzi Qərargahı ABŞ-nin ölkənin cənubuna yönəlik hücumlarına reaksiya verərək Hörmüz boğazından ticarət gəmiləri və neft tankerlərinin təhlükəsiz keçidi üçün tək etibarlı marşrutun İran tərəfindən müəyyən edilmiş xətt olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, "Tasnim" agentliyi Qərargah tərəfindən yayımlanan yazılı bəyanatı dərc edib.

ABŞ-nin üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, sabiq ölkə lideri Əli Xameneinin cənazəsinin İraqda olduğu vaxtda İranın cənubundakı bəzi nöqtələri hədəf almaqla atəşkəsi və anlaşmanı pozduğu bildirilən bəyanatda Hörmüz boğazının fəaliyyətinə və idarə olunmasına müdaxiləyə icazə verilməyəcəyi qeyd olunub.

Bəyanatda Hörmüz boğazından ticarət gəmilərinin və neft tankerlərinin təhlükəsiz keçməsi üçün yeganə təhlükəsiz xəttin İranın müəyyənləşdirdiyi marşrut olduğu vurğulanıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə etdiyi hücumlara cavab olaraq boğaz yaxınlığındakı 80-dən çox hərbi hədəfin vurulduğunu açıqlamışdı.

İran isə gecə saatlarında həyata keçirilən zərbələrə cavab olaraq Bəhreyn və Küveytdəki 85 ABŞ hərbi obyektinin hədəf alındığını bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu