ABŞ ordusu: Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır



ABŞ ordusu İranın İsrailin Livana hücumları səbəbindən Hörmüz boğazını keçidə bağlayacağı barədə bəyanatından qısa müddət sonra boğazın gəmilərin keçidi üçün hələ də açıq olduğu mesajını paylaşıb.

AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" platformasındakı hesabı vasitəsilə etdiyi paylaşımda Hörmüz boğazının açıq olduğunu bildirib.

İranın boğazla bağlı son bəyanatına heç bir istinad edilməyən CENTCOM-un açıqlamasında 20 iyun tarixinə olan məlumata görə, Hörmüz boğazındakı ticarət gəmilərinin hərəkətinin artaraq davam etdiyi qeyd olunub.

Açıqlamada bu gün 55 ticarət gəmisinin keçidi ilə beynəlxalq su yolunda təhlükəsiz keçid imkanının qorunduğu, bu gəmilərin qlobal bazarlara böyük həcmdə yük və 17 milyon barreldən çox neft daşıdığı ifadə edilib.

ABŞ ordusu bu çərçivədə təhlükəsiz keçidlərin davam etdirilməsini təmin etmək üçün bölgədəki missiyasını davam etdirdiyini də bəyanatına əlavə edib.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı ABŞ-ın memorandum məsuliyyətlərini yerinə yetirməməsi və İsrailin Livana hücumlarını davam etdirməsi səbəbindən Hörmüz boğazının gəmi hərəkəti üçün bağlanacağını elan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu