İran İnqilab Keşikçiləri: Hörmüz boğazı bütün gəmilər üçün bağlandı
İran İnqilab Keşikçiləri tərəfindən verilən açıqlamada Livandakı İsrail hücumlarının ABŞ-ın atəşkəs öhdəliklərinə əməl etmədiyinin aydın bir göstəricisi olduğu bildirilərək Hörmüz boğazının bağlandığı elan edilib.
AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu Hərbi Dəniz Qüvvələri Komandanlığı, İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının ABŞ-ın memorandum məsuliyyətlərini yerinə yetirməməsi və İsrailin Livana hücumlarını davam etdirməsi səbəbindən Hörmüz boğazını gəmi hərəkəti üçün qapatdığını açıqlamasından sonra boğazdan keçmək istəyən gəmilərə xəbərdarlıq edib.
Edilən xəbərdarlıqda gəmilərin Hörmüz boğazına yaxınlaşmamalı olduğu, yaxınlaşdıqları təqdirdə isə təhlükəsizliklərinin risk altına düşəcəyi qeyd edilib.
