İran Hörmüz boğazını tanker hərəkətinə bağladı



İranın Mərkəzi "Xatəm əl-Ənbiyə" Qərargahı ABŞ və İsrailin atəşkəs öhdəliklərini pozduğu əsası ilə Hörmüz boğazının gəmilərin hərəkəti üçün bağlandığını elan edib.

AFN.az xəbər verir ki, verilən bəyanatda Amerika Birləşmiş Ştatlarının müharibəni dayandırmaq sazişinin ilk bəndini icra etməyərək verdiyi vədləri açıq şəkildə pozduğu bildirilib.

Bundan əlavə, İsrailin Cənubi Livandakı atəşkəsi davamlı və fasiləsiz şəkildə pozduğu, bölgə xalqının ölümünə və didərgin düşməsinə səbəb olduğu, hərbi qüvvələrini isə geri çəkmədiyi vurğulanıb.

İran tərəfi bu hadisələr qarşısında Hörmüz boğazının bağlanması qərarının qəbul edildiyini bəyan edib.

Bağlanma qərarının qarşı tərəfin öz öhdəliklərinə əməl etməməsinə qarşı atılan ilkin addım olduğu ifadə edilib.

Qərargahdan edilən xəbərdarlıqda təcavüzkar hərəkətlərin davam edəcəyi təqdirdə, tərəfdaşları öhdəliklərini yerinə yetirməyə məcbur etmək məqsədilə daha ciddi addımların planlaşdırılacağı və qətiyyətlə həyata keçiriləcəyi diqqətə çatdırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu