Quterreş Qəzzaya humanitar yardım üçün maneələri qaldırmağa çağırdı
BMT-nin Baş katibi Antoniu Quterreş beynəlxalq təşkilatların Qəzza zolağının sakinlərinə tam həcmdə humanitar yardım göstərməsinə mane olan bütün mövcud maneələrin dərhal aradan qaldırılmasına çağırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Quterreş bu barədə Bişkekdə "ŞƏT+" formatında keçirilən sammitdə çıxışı zamanı bəyan edib.
"Qəzzada atəşkəs rejiminə riayət olunmalı və münaqişənin dayandırılması üzrə hərtərəfli planın tam şəkildə həyata keçirilməsi təmin edilməlidir. Humanitar yardımın göstərilməsinə yaradılan maneələr dərhal aradan qaldırılmalıdır", - deyə o bildirib.
BMT baş katibi əlavə edib ki, Qəzzadakı münaqişənin yekun nizamlanması yalnız suveren, müstəqil və demokratik olmalı olan tamdəyərli Fələstin dövlətinin yaradılmasından sonra mümkün olacaq.

