Quterreş: Sudandakı müharibə nəzarətdən çıxıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Sudandakı müharibənin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib.

Quterreş Qətərdə keçirilən BMT sammitində çıxışı zamanı Sudanla bağlı vəziyyəti dəyərləndirib.

Darfur bölgəsindəki Fəşir şəhərinin Sürətli Dəstək Qüvvələrinin (SDQ) nəzarətinə keçdiyini xatırladan Quterreş, bölgədəki toqquşmaların tamamilə nəzarətdən çıxdığını bildirib.

Baş katib vəziyyəti dünyanın ən ağır humanitar böhranlarından biri adlandıraraq, qarşıdurmada olan tərəfləri dərhal atəşkəsə çağırıb.

O, beynəlxalq qurumların bölgədə insan haqları pozuntularına dair fasiləsiz hesabatlar aldığını vurğulayaraq, “Yüz minlərlə dinc sakin mühasirə altındadır. İnsanlar aclıqdan, xəstəlikdən və zorakılıqdan ölür”, – deyə bildirib.

Quterreş Sudanla bağlı beynəlxalq qüvvələrin potensial rolunu dəyərləndirərkən, müharibəni dayandırmaq üçün beynəlxalq ictimaiyyətin və Sudana təsir gücünə malik bütün tərəflərin bir araya gəlməsinin vacibliyini qeyd edib.

“Sudanda atəşkəsə ehtiyacımız olduğu aydındır. Bu dözülməz qırğını dayandırmaq lazımdır. Müharibəni dayandırmaq üçün əsas şərtlərdən biri Sudana daha çox silahın daxil olmamasını təmin etməkdir. İşlənən cinayətlər o qədər dəhşətlidir ki, məsuliyyət mexanizmləri yaradılmalıdır”, – deyə Quterreş əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu