BMT-dən İran və İsrailə atəşkəsə əməl etmə çağırışı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş İsrail və İrana atəşkəsə əməl etmə çağırışı edərək, bölgədəki digər münaqişələrdə də atəşkəsin təmin olunacağına ümid etdiyini bildirib.
Quterreş İsrail və İran arasında əldə olunan atəşkəslə bağlı X sosial media platformasında paylaşım edib.
ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs əldə edildiyini açıqlamasından məmnun olduğunu bildirən Quterreş, qarşıdurmanın sona çatmasının vacibliyini vurğulayıb.
O, həm İsrail, həm də İrana atəşkəsə sadiq qalmağı tövsiyə edib və bölgədəki digər münaqişələrdə də atəşkəsin əldə olunacağına ümid etdiyini ifadə edib.
BMT Baş katibi qeyd edib ki, hər iki ölkənin xalqı artıq kifayət qədər acı çəkib.