Antonio Quterreş: İsrail-İran gərginliyi dayanmalıdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Katibi Antonio Quterreş İsrailin İran üzərinə şiddətli hücumları ilə başlayan qarşıdurmaya münasibət bildirərək, “Artıq dayanma vaxtıdır” ifadəsini istifadə edib.
BMT Baş Katibi Quterreş X sosial media hesabından İsrail-İran gərginliyi ilə bağlı açıqlama verib.
İsrailin İranın nüvə obyektlərini hədəf almasını və Tehran hökumətinin buna cavab verməsini xatırladan Quterreş “Artıq dayanma vaxtıdır” deyə vurğulayıb.
Gərginliyin artmasına diqqət çəkən Quterreş sülh və diplomatiyanın üstünlük təşkil etməli olduğunu qeyd edib.