Yaxın Şərqdə uçurumun astanasındayıq - Quttereş


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsraili Qəzzaya humanitar yardım üçün şərait yaratmağa, HƏMAS-ı isə girovları azad etməyə çağırıb.


"Yaxın Şərqdə uçurumun astanasındayıq" deyən Quttereş iki mühüm çağırışının olduğunu bildirib.

HƏMAS-ı girovları qeyd-şərtsiz azad etməyə çağıran Quterreş, "İsrail Qəzzada mülki şəxslərə humanitar yardım göstərmək üçün dərhal və maneəsiz çıxış təmin etməlidir" - deyə qeyd edib.

Qəzzada su, elektrik və digər əsas ehtiyacların tükəndiyini vurğulayan baş katib BMT-nin Misir, İordaniya, İsrail və İordan çayının qərb sahilində anbarlarının olduğunu və məhsulları bir neçə saat ərzində oraya daşıya biləcəklərini bildirib.

Quterreş hər iki məsələnin bazarlıq etmədən həyata keçirilməsinin vacibliyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu