Tramp: İranla atəşkəs mənim üçün bitdi



ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin onun üçün başa çatdığını və artıq onlarla razılığa gəlmək istəmədiyini bəyan edib.

AFN.az xəbər verir ki, Tramp Ankaradakı Prezident Kompleksində keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitindən əvvəl NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat nümayəndələrinə açıqlama verib.

İranla əldə olunmuş anlaşmaya toxunan Tramp razılaşmanın onun üçün bitdiyini və artıq onlarla heç bir sövdələşməyə getmək istəmədiyini bildirib.

Birləşmiş Ştatlar rəhbəri bu məsələnin bağlandığını düşündüyünü, zatən onlarla məşğul olmaq istəmədiyini, onların alçaq məxluqlar olduqlarını ifadə edib.

Onların xəstə insanlar tərəfindən idarə olunduqlarını, qəddar və zorakılıq tərəfdarı olduqlarını vurğulayan Tramp əlavə edib ki, əgər nüvə silahına sahib olsaydılar, bunu tərəddüd etmədən tətbiq edərdilər.

Amerikalı danışıqçılarla söhbət edəcəyini bildirən Tramp onlarla vaxt itirməyin mənasız olduğunu və onların yalançı olduqlarını irəli sürüb.

ABŞ Prezidenti həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı çox istədiyini, Ərdoğanın onun üçün qırmızı xalı sərdirdiyini sözlərinə əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu