ABŞ: İrana hücum başlatdıq
ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi hücumlara başladıqlarını bəyan edib.
AFN.az xəbər verir ki, İran dövlət televiziyası isə ölkənin cənubunda yerləşən Sirik və Bəndər Abbas şəhərlərində güclü partlayış səslərinin eşidildiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ticarət gəmilərini hədəf aldığı əsası ilə İrana qarşı bir sıra şiddətli zərbələr endirməyə başladıqlarını açıqlayıb.
Bəyanatda bu addımın Hörmüz boğazından keçən üç ticarət gəmisinə İranın etdiyi hücumlara cavab xarakteri daşıdığı, İranın nümayiş etdirdiyi təcavüzkar davranışın əsassız, təhlükəli və atəşkəsin açıq-aşkar pozulması olduğu qeyd edilib.
Digər tərəfdən, İran dövlət televiziyasının yaydığı xəbərə görə, Hörmüzgan vilayətinin Sirik şəhərində və eyni vilayətdə yerləşən Bəndər Abbasda 6 partlayış səsi eşidilib.
Sirik şəhərindəki partlayışların Tahiruyi kəndi istiqamətindən gəldiyi və indiyədək ümumilikdə 7 partlayış səsinin qeydə alındığı bildirilir.
