İranın Bəndər Abbas, Sirik və Cask bölgələrində partlayış səsləri eşidilib



İranın cənubundakı liman şəhəri Bəndər Abbasın ardından Sirik və Cask bölgələrində də partlayış səsləri eşidilib.

AFN.az xəbər verir ki, Fars xəbər agentliyinin yaydığı məlumata görə, ölkənin cənubunda ard-arda partlayış səsləri qeydə alınıb.

Partlayışların məhz cənubda yerləşən liman şəhərlərindən olan SirikCask bölgələrində baş verdiyi bildirilir.

Səslərin dəqiq yaranma səbəbi barədə hələlik rəsmi hər hansı bir açıqlama verilməyib.

Bundan əvvəl isə Hörmüzqan əyalətinə daxil olan strateji Bəndər Abbas şəhərində də bənzər partlayış səslərinin eşidildiyi bəyan edilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu