Xərçəngdə kritik hədd: ÜST-dən 35 milyon xəstə xəbərdarlığı



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xərçəng xəstəliyinin hazırkı artım dinamikası davam edəcəyi və təxirəsalınmaz tədbirlər görülməyəcəyi təqdirdə 2050-ci ilə qədər illik xəstə sayının təxminən 35 milyona çatacağını açıqlayıb.

AFN.az xəbər verir ki, ÜST Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) ilə birgə hazırladığı "2026-cı il Qlobal Xərçəng Vəziyyəti Hesabatı"nı təqdim edib.

Milyonlarla insanın xərçəngin fiziki, emosional və maliyyə yükü ilə üz-üzə qaldığına diqqət çəkilən hesabatda xərçəng səbəbindən hər gün 26 mindən çox insanın həyatını itirdiyi bildirilib.

Hər il təxminən 20,6 milyon yeni yoluxma və 10 milyon ölüm halı ilə xərçəngin ürək-damar xəstəliklərindən sonra qlobal miqyasda ikinci əsas ölüm səbəbi olaraq qaldığı vurğulanıb.

Tədqiqatda xərçəngin profilaktikası, diaqnostikası, müalicəsi və qulluq xidmətlərinə əlçatanlıqda dərin bərabərsizliklərin olduğu diqqətə çatdırılıb.

Analizlərə əsasən, yüksək gəlirli ölkələrdə süd vəzi xərçəngi diaqnozu qoyulan qadınların 87 faizi 5 il yaşaya bildiyi halda, aşağı gəlirli ölkələrdə bu göstərici cəmi 42 faiz təşkil edir.

Asiya qitəsi 2024-cü ildə bütün xərçəng hallarının 50,7 faizini və ölümlərin 56,5 faizini təşkil edərək ən böyük paya sahib olub.

Avropa isə dünya əhalisinin cəmi 9 faizinə malik olmasına baxmayaraq, qlobal yoluxmaların 21 faizini və ölümlərin 20 faizini təşkil edib.

Ağciyər xərçənginin qlobal miqyasda ölüm səbəbləri arasında liderliyini qoruduğu, bütün halların dörddə birinin isə spirtli içki, tütün istifadəsi, piylənmə və fiziki hərəkətsizlik kimi qarşısı alına bilən risk faktorları ilə bağlı olduğu qeyd edilib.

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus xərçəngin demək olar ki, hər kəsə təsir edən şəxsi bir xəstəlik olduğunu, lakin insanın sağ qalmasının heç vaxt harada doğulduğundan və ya nə qədər qazandığından asılı olmamalı olduğunu ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu