Bəhreyndə həyəcan siqnalları çalındı: Əhaliyə təhlükəsiz yerlərə sığınmaq çağırışı edildi



Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə növbəti dəfə həyəcan siqnalının çalındığını bildirərək əhaliyə təhlükəsiz yerlərə sığınmaq çağırışı edib.

AFN.az xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında yayımlanan bəyanatında ölkə ərazisində həyəcan siqnallarının təkrar çalındığı qeyd olunub.

Açıqlamada vətəndaşlardan və ölkədə yaşayan xarici vətəndaşlardan təmkinli olmaları və dərhal ən yaxın təhlükəsiz zonaya keçmələri xahiş edilib.

Nazirlik günün erkən saatlarında da baş verən hücumlar səbəbindən həyəcan siqnallarının işə düşdüyünü bəyan etmişdi.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İranın ticarət daşımalarına qarşı hücumlarını əsas gətirərək bu ölkədəki bəzi hədəflərə zərbələr endirdiyini bildirmişdi.

"Fars" agentliyi isə İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-nin gecə saatlarında ölkənin cənubuna təşkil etdiyi zərbələrə cavab olaraq Bəhreyn və Küveytdəki 85 hərbi obyekti raket və PUA-larla hədəf aldığını açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu