ABŞ İran neftinin satışına müvəqqəti icazə verən lisenziyanı ləğv etdi



ABŞ administrasiyası iyunun 21-də dərc edilən və İran neftinin hasilatı, tədarükü və satışına icazə verən 60 günlük ümumi lisenziyanı ləğv edib.

AFN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məsələ ilə bağlı yeni ümumi lisenziya dərc edib.

Bu lisenziya iyunun 21-də yayımlanan və İran mənşəli xam neft, neft-kimya və neft məhsullarının hasilatına, tədarükünə və satışına icazə verən müvəqqəti lisenziyanı əvəz edib.

Beləliklə, iyulun 7-dən etibarən İran mənşəli sözügedən məhsulların satın alınması və ya yüklənməsi də daxil olmaqla, heç bir əməliyyata icazə verilməyəcəyi bildirilib.

Əvvəlki lisenziya çərçivəsində icazə verilən mövcud əməliyyatların adi qaydada yekunlaşdırılması və tamamlanması üçün isə iyulun 17-dək vaxt tanınıb.

OFAC tərəfindən ötən ay dərc olunan ümumi lisenziya ilə İran mənşəli xam neft, neft-kimya məhsulları və neft məhsullarının hasilatı, satışı, tədarükü və ya gəmilərdən boşaldılması kimi adətən qadağan edilən bütün əməliyyatlara müvəqqəti istisna tətbiq olunmuşdu.

Sözügedən icazənin avqustun 21-dək qüvvədə olacağı və ödənişlərin ABŞ dolları ilə həyata keçirilə biləcəyi qeyd edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu