"Apple"ın üç aylıq dövrdə "iPhone" satışları azalsa da, gəlirləri artıb


ABŞ-ın texnologiya nəhəngi "Apple"ın gəliri üç aylıq dövrdə illik bazda 4 faiz artıb.



Maliyyə təqvimində 28 dekabr 2024-cü il tarixində bitən üç aylıq dövrü 2025-ci maliyyə ilinin ilk rübü olaraq qəbul edən "Apple" balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri bu dövrdə 4 faiz artaraq 124,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə "Apple" 119,6 milyard dollar gəlir əldə etmişdi.

Həmin dövrdə şirkətin xalis mənfəəti 7 faiz artaraq 36,3 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkət 33,9 milyard dollar xalis mənfəət əldə edib.

"Apple"ın səhm üzrə qazancı da həmin dövrdə 2,18 dollardan 2,40 dollara yüksəlib.

Bu dövrdə şirkətin gəliri və xalis mənfəəti bazar gözləntilərini üstələyib.

"Apple"ın "iPhone" satışları isə azalıb. Əvəzində isə "Mac" və "iPad" satışları artıb.

28 dekabr 2024-cü ildə bitən üç aylıq dövrdə "iPhone" satışları hər il təxminən 1 faiz azalaraq 69,1 milyard dollara düşüb.

Şirkətin "iPhone" satışları bu müddət ərzində bazar gözləntilərini qarşılaya bilməyib.

Eyni dövrdə "Mac" satışları 16 faiz artaraq 8,9 milyard dollara, "iPad" satışları isə 15 faiz artaraq 8,1 milyard dollara çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu