Tramp ABŞ-ın NATO xərclərini tənqid etdi
ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-ya etdiyi xərcləri tənqid edərək, ABŞ-ın münasibətlərin qarşılıqlı olmadığı bu birtərəfli yola davam etməsinin cəfəngiyat olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda ABŞ və digər ölkələrin NATO xərclərini göstərən bir vizual paylaşıb.
ABŞ Prezidenti Tramp ABŞ-ın bu birtərəfli yola davam etməsinin mənasız olduğunu və onların özlərinin yanında olmadıqlarını ifadə edib.
Daha əvvəlki paylaşımında da Tramp digər ölkələrlə müqayisədə ABŞ-ın Alyansın qorunması məqsədilə NATO-ya ən çox xərc çəkən ölkə olduğunu və bu vəziyyətdən heç bir fayda təmin etmədiklərini bildirmişdi.
