Brent neftinin qiyməti qalxdı
Brent markalı neftin bir barreli beynəlxalq fyuçers bazarlarında hazırda 112,01 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 114,7 dollara qədər bahalaşan Brent neftinin barrel qiyməti günü 110,4 dollar səviyyəsində başa vurmuşdu.
Brent markalı neftin fyuçers qiyməti bu gün saat 10:49-a olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 1,46 faiz artaraq 112,01 dollar təşkil edib.
Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftin barreli isə 106,17 dollardan özünə alıcı tapıb.
Mütəxəssislər Brent neftində texniki olaraq 122 dolların müqavimət, 99,11 dolların isə dəstək zonası kimi izlənilə biləcəyini qeyd edirlər.
Xatırladaq ki, dünən Brent neftinin iyun fyuçersləri Trampın İrana qarşı daha çox hərbi variantları dəyərləndirdiyinə dair xəbərlərdən sonra 126 dolları keçərək son 4 ilin ən yüksək səviyyəsinə çatıb.

