Britaniya-Fransa Ukrayna koalisiyası qeyri-müəyyən irəliləyir - KİV

Ukraynaya yardım üçün qondarma koalisiya yaratmaqla bağlı Britaniya-Fransa layihəsi konkret istiqamətsiz irəliləyir.
AFN.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Fransa rəsmilərinin fikrincə, problemin bir hissəsi Böyük Britaniyanın ciddi şəkildə arxalandığı ABŞ-dan təhlükəsizlik zəmanətinin olmamasıdır. Qeyd olunur ki, bu cür qorxuları dağıtmaq üçün London, Fransa prezidenti Emmanuel Makronun Böyük Britaniyaya səfəri çərçivəsində Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Corciya Meloni və Vladimir Zelenskinin iştirakı ilə koalisiya iclası təyin edib.