KİV: Paris və London yaxın günlərdə Ukrayna sülh planını hazırlamaq istəyir


Britaniya və Fransa ABŞ prezidenti Donald Trampa təqdim etmək üçün bir neçə gün ərzində Ukrayna ilə bağlı birgə sülh planını yekunlaşdırmağı planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” Avropa diplomatik mənbələrinə istinadən məlumat yayıb.

"Biz bu planın həftələr deyil, günlər içində hazırlanacağını gözləyirik" - deyə agentliyin mənbəsi bildirib. Başqa bir avropalı diplomat deyib ki, bu ideya ABŞ və Ukrayna arasında münasibətlər də daxil olmaqla, işləri qaydaya salmaq məqsədi daşıyır.

Bildirilir ki, Ağ Evdə Vladimir Zelenski ilə Tramp arasında mübahisə London və Parisin öz təkliflərinin hazırlanmasını sürətləndirib. İlkin mərhələdə onlar qısamüddətli atəşkəs əldə edə, daha sonra isə daha geniş təhlükəsizlik təminatları tələb edə bilərlər. Həm Britaniya, həm də Fransa belə zəmanətləri yalnız ABŞ-ın verə biləcəyini etiraf edirlər.

Agentliyin fikrincə, belə bir planın hazırlanması Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makronun Trampla danışıqlar üçün Ağ Evə yollarını bir daha aça bilər. Lakin indiki mərhələdə bu görüşə Zelenskinin də daxil olub-olmayacağı bəlli deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu