Böyük Britaniyanın baş naziri Zelenski ilə simvolik 100 illik müqavilə imzalayacaq

Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ-ın yeni seçilmiş lideri Donald Trampın andiçmə mərasimi ərəfəsində Ukrayna lideri Vladimir Zelenskiyə dəstək nümayişi olaraq Britaniya və Ukrayna arasında simvolik 100 illik tərəfdaşlıq sazişini imzalamaq Kiyevə səfər edəcək.
AFN.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşr bildirir ki, Starmer və Zelenski Ukraynaya gələcək hərbi dəstəyi müzakirə edəcəklər, o cümlədən Kiyev Rusiya ilə sülh sazişi bağlayacağı təqdirdə Böyük Britaniyanın Fransaya və digərlərinə təhlükəsizlik zəmanətləri vermək və ola bilsin ki, yerdə qoşun yerləşdirmək üçün qoşula biləcəyini müzakirə edəcəklər.
“Starmerin baş nazir olduqdan sonra Kiyevə ilk səfərinin vaxtı çox simvolikdir. Britaniyanın uzunmüddətli öhdəliyini nümayiş etdirmək üçün Starmer Zelenski ilə danışıqlarda hərbi və qeyri-hərbi məsələləri əhatə edən və insanlar arasında əlaqələri dərinləşdirən Ukrayna ilə 100 illik tərəfdaşlıq müqaviləsi imzalayacaq”, - deyə məqalədə bildirilir.