Rişi Sunak Ukraynaya Boris Consondan daha çox silah verəcək
“Böyük Britaniyanın baş naziri Rişi Sunak gələn il Londonun Kiyevə ən azı hazırkı miqdarda, ola bilsin ki, daha çox hərbi yardım göstərməyə davam edəcəyini açıqlamaq niyyətindədir”.
AFN.az xəbər verir ki, “Reuters” agentliyi belə məlumat yayıb.
Qeyd edilir ki, ötən həftə sonu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və qış ərəfəsində Ukraynaya yeni, çox milyon dollarlıq yardım paketini açıqlayıb. Bundan əvvəl Böyük Britaniyanın yeni seçilmiş baş naziri Kiyevə planlaşdırılmamış səfər etmişdi.
M.Vahidli